Ukrayna Müdafiə Qüvvələrinin silahlarının çata bildiyi yerdə Rusiyaya məxsus onlarla sursat anbarı var.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko bildirib.
“Bizim kamikadze PUA-larımızın məhvetmə məsafəsinin 2500 kilometr olduğunu nəzərə alsaq, bu zonada 42 anbar var. Lakin onların heç də hamısı 100%, hətta 50% dolu deyil, bəziləri isə tamamilə boşdur. Rusiyanın ən çox dolu olan beş anbarı yaxın məsafədə yerləşir. Hazırda Ukrayna ordusu bu hədəflər üzərində işləyir”, – Kovalenko bildirib.