Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Moskva, Bryansk, Kursk və Oryol vilayətləri üzərində Ukraynanın 32 PUA-sını vurub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə Ukraynanın Rusiya ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, – məlumatda qeyd olunub.