Rusiyanın Leninqrad vilayətinin 4 limanında yüksək hazırlıq rejimi tətbiq edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Leninqrad vilayətindəki Vıborq, Vısotsk, Primorsk və Ust-Luqa dəniz limanları öz ərazilərində yüksək hazırlıq rejimi tətbiq ediblər”, – məlumatda qeyd olunub.
Fövqəladə vəziyyət rejimi PUA hücumları nəticəsində texnogen fövqəladə vəziyyətin yaranma ehtimalına görə tətbiq edilib.