Təkcə bu həftəsonu Rusiya qoşunları Ukrayna ərazisinə 60-80 uzaqmənzilli raket atıb ki, onların ümumi dəyəri 150-220 milyon dollar təşkil edir.
AzerTimes xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Məlumata görə, ruslar raketlərin əksəriyyətini Jitomir (təxminən 30), 20 raketi isə Çerniqov vilayətinə atıblar:
“Bundan başqa, Kiyev, Xmelnitski, Lvov və Dnepropetrovsk vilayətləri də düşmənin raket hücumlarına məruz qalıb. Nikolayev, Xarkov və Kiyevə də hücum edilib. Rusiya əlində olan bütün raket arsenalından istifadə edib. Məsələn: Toçka-U, X-22, “Oniks”, “İsgəndər”, “Kalibr” və X-101.