Lisiçanskda baş verən partlayış nəticəsində Rusiyanın 2-ci ordu korpusunun yüzə yaxın rütbəli hərbçisi ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Lisiçanskda 2-ci ordu korpusunun 100-ə yaxın hərbçisi məhv edildi. Yaxşı tendensiyadır. Popasna, Lisiçansk… Ardı gələcək. Bunlar artıq vaqnerçilər deyil, Rusiyanın nizami ordusunun hərbçiləridir”, – deyə o bildirib.