Rusiyanı təslim olmağa məcbur edəcəyik – Meloni

Rusiyanı təslim olmağa məcbur edəcəyik – Meloni

Rusiya Ukraynada sülh nizamlanması şərtləri ilə razılaşmasa, təslim olmaq məcburiyyətində qalacaq.

AzerTimes xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni İsveçrədəki sülh sammitində deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Rusiya-Ukrayna müharibəsində sülhün əldə oluna biləcəyi minimum şərtləri formalaşdırmalıdır:

“Ukraynanı müdafiə etmək dünyadakı qaydalar sistemini müdafiə etmək deməkdir. Ukraynanı qorumaq üçün bütün səyləri birləşdirmək vacibdir. Əgər Rusiya şərtlərlə razılaşmasa, biz onları təslim olmağa məcbur edəcəyik”, – Meloni bildirib.

Teqlər: