Rusiyanı terrorizmin sponsoru elan edək – Qrehem

Rusiyanı terrorizmin sponsoru elan edək – Qrehem

ABŞ-ın republikaçı senatoru Lindsi Qrehem Rusiyanı terroru himayə edən ölkələr siyahısına əlavə etməyi təklif edib.

AzerTimes xəbər verir ki, bu barədə o, CBS-nin efirində deyib.

O bildirib ki, bu qərar Vaşinqtona Moskvaya qarşı daha çox sanksiyalar tətbiq etməyə imkan verəcək:

“Gəlin, Amerika qanununa uyğun olaraq, Rusiyanı terrorun sponsoru olan dövlət elan edək. Belə bir qanun layihəsi yaxın 30 gün ərzində təqdim oluna bilər”.

Teqlər: