Rusiyanı qovmağın bir yolu var: Bakı ilə əlaqə – Verdyan

Rusiyanı qovmağın bir yolu var: Bakı ilə əlaqə – Verdyan

Rusiya Ermənistanı tərk etməyəcək, bu faktdır. Ona görə də onu Ermənistandan necə qovmaq barədə düşünmək belə təhlükəlidir. Amma siz bunu fərqli, gözəl şəkildə edə bilərsiniz.

AzerTimes xəbər verir ki, bu sözləri özünün Teleqram kanalında yayımladığı yazıda erməni bloger İşxan Verdyan qeyd edib.

Verdyan Ermənistanın Rusiya ilə bərabərhüquqlu deyil, ancaq vassal münasibəti qurduğunu bildirib:

“Rusiyanı qovmağa ehtiyac yoxdur, amma onun hegemonluğunun aradan qalxmasına əmin olmalıyıq. Ermənistanın diqqət yetirməli olduğu məqsəd Rusiya ilə sağlam tərəfdaşlıqdır. Hələ ki, belə əlaqələr yoxdur, çünki Ermənistan Rusiyanın ümumiyyətlə tərəfdaşı və ya müttəfiqi deyil, onun tam vassalıdır. Rusiya ilə Ermənistan arasında bərabərhüquqlu münasibət yoxdur, ona görə də Ermənistan Rusiyanı necə sıxışdırmaq barədə deyil, bu haqda düşünməlidir”.

Bloger Ermənistanın Rusiyadan qurtuluş yolunun yalnız qonşularla normal münasibətlərdən keçdiyini qeyd edib:

“Ermənistan yalnız qonşularına münasibətinə yenidən baxarsa, bunu edə bilər. İqtisadiyyatın və təchizatın şaxələndirilməsi həll yoludur. Azərbaycanla münasibətləri normallaşdıran Ermənistan onunla tez bir zamanda hər cür iqtisadi əlaqələr qurmaqla Rusiyanı əsas təzyiq alətindən məhrum edə bilər. Əgər Türkiyə də işə qarışsa, o zaman Rusiya diktator mövqeyini tamamilə itirəcək və bazarın bərabərhüquqlu iştirakçısına – vicdanlı tərəfdaşa çevriləcək. Amma indi bunu etmək qeyri-mümkün görünür, çünki Ermənistanda türkofobiya bütün mümkün üsullarla Rusiya xüsusi xidmət orqanlarının kabinetlərində işlənib hazırlanmış, sırf ermənilər üçün nəzərdə tutulmuş ideologiya ilə becərilir və onlarla düşmənçilik etməməyin mümkün olduğunu xalqa izah etmək çox çətin olacaq”.

Teqlər: