Bəzi Avropa dövlətlərinin liderləri Rusiyanın Qərbə yönəlməsinin qarşısını aldılar.
AzerTimes xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyib.
“Təəssüf hissilə qeyd etmək istəyirəm ki, bəzi avropalı liderlər mənim Rusiyanı Qərb düşərgəsinə gətirmək cəhdlərimi boykot etdilər. Əgər bu, baş tutsaydı, indi Avropa ssenarisi tamam başqa cür olardı”, – Berluskoni bildirib.