Rusiyanı qarışdırmaq üçün 2024 planı… – Lavrov

Rusiyanı qarışdırmaq üçün 2024 planı… – Lavrov

ABŞ Rusiyada keçiriləcək prezident seçkisi ərəfəsində ölkənin daxili siyasi vəziyyətini pozmağı qarşısına məqsəd qoyub.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Suveren ölkələrin daxili işlərinə qarışmanın çirkin praktikası davam edir, bu cür müdaxilənin formaları hədə-qorxu, şantaj, rəngli inqilabların təşkili kimi çox müxtəlifdir. 2014-cü ildə Ukraynada uğur qazanan qanlı dövlət çevrilişini 6 ildən sonra Belarusda təkrarlanmağa cəhd etdilər. Uğursuz alındı. Aydındır ki, bununla kifayətlənməyəcəklər. Xüsusilə gələn il keçiriləcək prezident seçkisi kontekstində ölkəmizdə daxili siyasi sabitliyin pozulmasını açıq şəkildə qarşılarına məqsəd qoyublar”, – o bildirib.

Teqlər: