Rusiyanı məğlub etmək olmaz və bu, artıq hamıya aydındır.
AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Ukraynadakı vəziyyətə nəzər salanda aydın olur ki, Rusiya müharibədə məğlub ola bilməz. Mənə elə gəlir ki, bu, artıq hamıya aydındır. Mən faktlardan danışıram. Rusiyanın məğlubiyyəti indi mümkün deyil, ehtiraslar isə o qədər qızışıb ki, ən kiçik güzəşt milli maraqlara xəyanət kimi qiymətləndiriləcək. Məhz bu səbəbdən Ukraynada bu münaqişə uzunmüddətli olacaq, çünki heç kim təkliflə çıxış edə bilmir”, – Vuçiç bildirib.