Rusiya ilə müharibədə qalib gəlmək üçün Ukraynaya Böyük Britaniya və ABŞ-ın vəd etdiyi qədər deyil, ən azı 60 reaktiv raket sistemi lazımdır.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç çıxış edib.
“Bu sistemlərdən 60-nı alsaq, o zaman rus qoşunları dayandırılacaq və irəli gedə bilməyəcək. 40 olarsa, ağır itkilər verərək yavaşlayacaqlar. 20 olarsa, indikindən daha çox itki ilə hücuma davam edəcəklər”, – Arestoviç vurğulayıb.