Hazırda Rusiyanı iki nəfər – Prezident Vladimir Putin və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev idarə edir.
AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontovski deyib.
O, Putinin nüvə şantajının düz 15 il işlədiyini deyib:
“Biri nüvə bombasını yelləyir. Baxın, nüvə şantajı 15 il işlədi. Vaşinqtonda dedilər: “Putini təhrik etməyək”. Əvvəlcə bir neçə il Ukraynaya “Javelin” vermədilər. Eyni söhbət gedirdi ki, Putini təxribata çəkmək olmaz, birdən nüvə silahına əl atar. Sonra da “Stinger”, haubitsa, HİMARS, “Patriot”, “Abrams” və s. Hamısı verildi! Oyun bitdi. Ondan artıq heç kim qorxmur, ona başa saldılar ki, məhv ediləcək”.