Belarus Rusiyanı həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu gün bizi qınayırlar ki, biz nasizmlə mübarizədə Rusiyanı dəstəkləyən dünyada yeganə ölkəyik. Rusiyanı dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Minskə qarşı belə iddialar gülünc və kədərlidir”, – Lukaşenko bildirib.