Litva Prezidenti Gitanas Nauseda Rusiyanı dəstəkləyən açıqlamalarına görə balerina İlze Liepanı vətəndaşlıqdan məhrum edib.
AzerTimes xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat attaşesi Raydas Yasulenis məlumat verib.
Onun sözlərinə görə, Nauseda Vətəndaşlıq məsələləri üzrə komissiyasının tövsiyəsi ilə razılaşıb və onu “Litva və onun müttəfiqlərinin təhlükəsizliyinə təhlükə yaradan dövləti dəstəklədiyinə görə” Litva vətəndaşlığından məhrum edib.
Qeyd edək ki, ötən ilin noyabrında Liepa vətəndaşlıqdan məhrum edilmək təhlükəsinə baxmayaraq, Rusiya ilə bağlı mövqeyini dəyişə bilməyəcəyini bəyan etmişdi.