Rusiyanın hərbi gücünü dayandırmaq üçün hər şeyi edəcəyik.
AzerTimes xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron NATO-nun Rumıniyadakı bazasında yerləşən fransız hərbçilərlə görüşü zamanı deyib.
“Biz Rusiya hərbi qüvvələrini dayandırmaq, ukraynalılara və onların ordusuna kömək etmək və danışıqları davam etdirmək üçün hər şeyi edəcəyik”, – Makron bildirib.
Onun sözlərinə görə, Ukrayna müharibəyə son qoymaq üçün nə vaxtsa Rusiya ilə danışıqlar aparmalı olacaq.