Vaşinqton Moskvanı beynəlxalq məsələlərdə söz hüququndan məhrum və onu uydurduğu qaydalara əməl etməyə məcbur edə bilməyəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Onlar çoxdan elan ediblər ki, Rusiya öz yerini bilməlidir, Rusiyanın beynəlxalq məsələlərdə öz sözünü deməyə haqqı yoxdur, Rusiya ABŞ-ın uydurduğu qaydalara əməl etməlidir. Amma anlayırlar ki, bu, onlarda alınmadı”, – Lavrov bildirib.