Rusiyanı Azərbaycanla birləşdirən yol… – Lukaşuk

Rusiyanı Azərbaycanla birləşdirən yol… – Lukaşuk

Rusiyanın regionlarını Azərbaycanla birləşdirən “Qafqaz” avtomobil yolu 2030-cu ilə qədər dörd zolağa qədər genişləndiriləcək.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə “Qafqaz” Federal Avtomobil Yolları İdarəsi” Federal Dövlət Müəssisəsinin rəisi Aleksandr Lukaşuk məlumat verib.

“Bu gün bizim prioritetimiz Rusiya Federasiyasının subyektlərini və xarici dövlətləri birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə daxil olan R-217 “Qafqaz” əsas yoludur. Bütün “Qafqaz” yolu 2030-cu ilə qədər dördzolaqlı olacaq”, – o, Pyatiqorskda jurnalistlərə bildirib.

Hazırda yolun 75-85 %-i dördzolaqlıdır.

A.Lukaşuk həmçinin qeyd edib ki, ümumilikdə Şimali Qafqaz federal dairəsindən keçən “Şimal-Cənub” nəqliyyat dəhlizində avtomobil yolu dördzolaqlı olacaq. Söhbət R-215 yolunun bir neçə hissəsinin R-217 yolu ilə birləşdirilməsindən gedir.

“Bu yolla (“Qafqaz”) ən çox turist axını və yük daşımaları həyata keçirildiyi üçün bu istiqamətə xüsusi diqqət yetirilir”, – o izah edib.

Yolla birlikdə onun üzərindəki körpülər də genişləndiriləcək.

R-217 “Qafqaz” Krasnodar diyarının Pavlovskaya kəndindən Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar kəndinə qədər uzanan avtomobil yoludur. Uzunluğu 1,118 min kilometr olan yol Krasnodar və Stavropol diyarlarından, eləcə də Şimali Qafqaz federal dairəsinin respublikalarından keçir.

Teqlər: