Ukrayna qoşunları Kursk vilayətində ələ keçirdikləri Rusiya ərazilərini “müəyyən müddətə” saxlamaq niyyətindədir.
AzerTimes xəbər verir ki, bunu MKİ-nin direktor müavini Devid Koen deyib.
“Onlar Rusiyada qalırlar. Müdafiə qururlar və görünür, bir müddət bu ərazinin bir hissəsini saxlamaq niyyətindədirlər. Rusiya Prezidenti Vladimir Putin Kursk bölgəsindəki əraziləri geri almaq üçün əks-hücum əməliyyatına başlayacaq. Lakin rus qoşunlarını ağır döyüş gözləyir”,- o bildirib.