Rusiyalılar kütləvi şəkildə erməni pasportu alır – Səbəb

Rusiyalılar kütləvi şəkildə erməni pasportu alır – Səbəb

Rusiyaya tətbiq edilən sanksiyalar və Ukrayna ilə müharibə səbəbindən növbəti səfərbərlik ehtimalı Rusiya vətəndaşlarının ölkədən qaçmasına səbəb olur.

AzerTimes xəbər verir ki, Rusiya vətəndaşları üçün ən uyğun ölkələrdən biri Ermənistandır. Ermənistan Rusiyaya qarşı Qərbin sanksiyalarının dəlinməsində müstəsna rol oynayır. Təsadüfi deyil ki, 2022-ci ildə Ermənistandan Rusiyaya ixrac 2021-ci illə müqayisədə 4 dəfə artaraq, 2,5 milyarda çatıb. Bir il ərzində bu cür sıçrayış inanılmazdır.

Təsəvvür edin ki, Ermənsitandan Rusiyaya elektrotexnika mallarının ixracı bir ildə 10 dəfə, avtomobillərin ehtiyat hissəslərinin ixracı 1200% artıb.

Ermənistanda istehsal olunan hansı elektrotexnika Rusiyaya lazım ola bilər və yaxud hansı avtomobil ehtiyat hissələri qəfildən Rusiyanın tələbatına çevrilib?

Məlumdur ki, həm elektrtrotexnika, həm də avtomobil ehtiyat hissələri Avropadan gəlir və Ermənistan vasitəsilə Rusiyaya göndərilir.

Əvəzində isə Rusiyadan Ermənistana pul köçürmələri 2021-ci illə müqayisədə 5 dəfə artıb.

Ermənistanın Rusiya vətəndaşları üçün “nəfəslik” rolu oynamasının daha bir sübutu bu gün açıqlanıb.

Ermənistanın Diasporla İş üzrə Müvəkkili Aparatının Strategiyanın inkişafı şöbəsinin rəhbəri Ovanes Aleksanyan deyib ki, 2022-ci ildə Ermənistan vətəndaşı olmaq üçün 25 min nəfər müraciət edib. O, bu rəqəmi müstəqil Ermənistan tarixindəki rekord adlandırıb. Eyni zamanda, müraciətlərin böyük əksəriyyətinin Rusiyadan olduğunu da etiraf edib.

Ermənistan vətəndaşlığı almaq istəyən rusiyalıların böyük əksəriyyətinin erməni əsilli şəxslər olduğu şübhəsizdir. Onlar Ermənistan pasportu aldıqdan sonra yenidən Rusiyaya qayıdıb, sanksiyalardan kənar, səfərbərliyə cəlb edilməyəcəklərinə əminliklə fəaliyyətlərini davam etdirirlər.

Digər az qismi isə öz sərvətlərini Qərbin sanksiyalarından qorumağa çalışan ruslardır. Onlara isə Ermənistan pasportu xaricə getmək üçün lazımdır.

Teqlər: