Rusiya Federasiyasının Ədliyyə Nazirliyi yazıçı Boris Akunini (Qriqori Çxartivşvili) xarici agentlər reysterinə daxil edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat yayılıb.
Bildirilib ki, Q. Ş. Çxartişvili Ukraynada keçirilən xüsusi hərbi əməliyyata qarşı çıxıb, Rusiya Silahlı Qüvvələri haqqında mənfi imic yaratmağa yönəlmiş yalan məlumatlar yayıb.
Bundan əlavə, siyahıya “Moskva Calling Telegram” kanalının yaradıcısı Andrey Kurşin, “Novaya qazeta”nın köşə yazarı Aleksandr Minkin və Mari Eldən keçmiş deputat Anton Sokolov da daxildir.