Rusiyalı xizəkçi Valeri Qontar Ukrayna vətəndaşlığını alıb.
AzerTimes xəbər verir ki, bu barədə “ Championship.com ” saytı məlumat yayıb.
Məlumata görə, Qontar bir müddət əvvəl Rusiyanı tərk edib və bundan sonra Ukrayna pasportu alıb. Hazırda Avstriyada olan idmançı özünə iş axtarır.
Qeyd edək ki, o 2017-ci il Qış Universiadasının ikiqat çempionudur.