Rusiya ordusunun tərkibində Ukraynada döyüşən rejissor və baletmeyster Aleksander Saprunov hərbi əməliyyatlar zamanı ölüb.
AzerTimes xəbər verir ki, bu barədə onun çalışdığı teatrın kollektivi məlumat yayıb.
“Ryazan Musiqili Teatrı böyük kədər içindədir. Rejissor və xoreoqraf Aleksandr Saprunovun həyatı yarıda bitdi. O, xüsusi hərbi əməliyyat zamanı (Rusiyanın Ukraynaya müdaxiləsi – red.) qəhrəmancasına həlak olub”, – deyə bildirilib.