Rusiya Quru Qoşunlarının keçmiş baş komandanı, ordu generalı Aleksey Maslov 69 yaşında ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Maslov N.N. Burdenko adına Baş Hərbi Klinik Hospitalda keçinib.
Aleksey Maslov 2004-2008-ci illərdə Rusiya Quru Qoşunlarına rəhbərlik edib. Daha sonra Rusiyanın NATO yanındakı daimi nümayəndəliyinə təyin olunub.