Keçmiş FTB zabiti əvvəllər ABŞ sanksiyalarına məruz qalmış rusiyalı oliqarx Oleq Deripaska ilə əlaqələrinə görə saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.
Məlumata görə, ABŞ hüquq-mühafizə orqanları daxili kəşfiyyatda xüsusi agent olan və əks-kəşfiyyat əməliyyatlarında iştirak edən Çarlz Makqoniqalı saxlayıb.
Keçmiş casus Şri-Lankaya getdikdən sonra ötən şənbə günü günorta Kennedi hava limanına geri qayıdıb və elə hava limanındaca saxlanılıb.