Rusiyalı nazir müavini Danimarkaya buraxılmadı

Rusiyalı nazir müavini Danimarkaya buraxılmadı

Danimarka hakimiyyəti Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional toplantısında iştirak etməyi planlaşdıran Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayı ölkəyə buraxmayıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Kopenhagendəki diplomatik missiyasının məlumatında deyilir.

“Sentyabrın 12-14-də Kopenhagendə ÜST-ün regional toplantısı keçirilir. Bu tədbirdə səhiyyə nazirinin müavini O.Salaqayın iştirakı gözlənilirdi. Lakin Kastrup hava limanında onun Danimarkaya buraxılmasına icazə verilmədi”, – mətndə deyilir.

Teqlər: