Rusiyanın Nijni-Novqorod vilayətində milyarder Dmitri Volodin saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Bildirilir ki, Volodin ötən il Rosreestr əməkdaşına rüşvət verməkdə şübhəli bilinir.
Qeyd edək ki, Volodin “Ədalətli Rusiya”nın regional bölməsinin deputatı olub. Onun ölkədə ondan çox şirkəti var, o həm də xeyriyyəçi kimi fəaliyyət göstərir.