Xəbər - Orxan Nəbiyev – Trend:
Beynəlxalq Kosmik Stansiyada (BKS) fəaliyyət göstərən rusiyalı kosmonavtlar Oleq Novitski və Pyotr Dubrov açıq kosmosa çıxıb.
AzerTimes-ın məlumatına görə, onlar köhnə “Pirs” modulunu stansiyadan ayrılması üçün hazırlayacaq.
“Pirs” modulu 2001-ci ildə BKS-ə qoşulub. Onu iyul ayında “Nauka” modulu əvəz edəcək.
Kosmonavtların açıq kosmosda işi 6 saat 50 dəqiqə davam edəcək.