Rusiyalı jurnalist Çeçenistanda vəhşicəsinə döyüldü

Rusiyalı jurnalist Çeçenistanda vəhşicəsinə döyüldü

Çeçenistanda maskalı şəxslər “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina və çeçen fəalların anası Zarema Musayevanı müdafiə edən vəkil Aleksandr Nemova hücum ediblər.

AzerTimes xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.

“Hücum edənlər jurnalist və vəkilin hava limanından Qroznıya getdiyi avtomobili saxlayıb, onları şiddətlə döyüb, avadanlıq və sənədlərini məhv ediblər. Nemov çətinliklə danışır və hərəkət edə bilmir. Milaşinanın isə barmaqları qırılıb, başı qırxılıb və yaşıl rəngə boyanıb. Onun vəziyyəti ağırdır”, – məlumatda deyilir.

Teqlər: