Rusiyalı həkim Ankarada saxlanıldı

Rusiyalı həkim Ankarada saxlanıldı

Rusiya vətəndaşı olan həkim Yelena Qavrilenko Ankara hava limanında saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Beynəlxalq İnsan Haqları Komitəsinin Rusiya bölməsinin vitse-prezidenti İvan Melnikov məlumat verib.

Melninkov qeyd edib ki, həkim Moldova vətəndaşı olan həmkarı ilə birlikdə saxlanılıb:

“Hər iki qadın pediatrdır. Onlar Türkiyədən tranzit keçməklə Kişinyovda tibbi simpoziuma gedirdilər. Yerli hakimiyyət orqanları onları miqrasiya qanunlarını pozmaqda ittiham edir”.

Teqlər: