Rusiyalı general ikinci dəfə həbs olundu

Rusiyalı general ikinci dəfə həbs olundu

Rusiya Silahlı Qüvvələrinin “laqələrin planlaşdırılması idarəsinin keçmiş rəisi, general-mayor Aleksandr Oqloblin həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

İstintaqın məlumatına görə, Oqloblin 2016-2021-ci illərdə Permdəki “Telta” telefon zavodunun nümayəndələrindən rabitə cihazlarının tədarükü ilə bağlı dövlət müdafiə sifarişinin icrasına himayədarlıq etdiyi üçün 10 milyon rubldan çox rüşvət alıb.

Oqloblinə qarşı xüsusilə külli miqdarda rüşvət alma maddəsi ilə iş açılıb.

Bildirilib ki, bu, generala qarşı ilk iş deyil. 2022-ci il fevralın 14-də Oqloblin 1,6 milyard rubl oğurluğuna görə 4,5 il həbs cəzası almışdı, avqust ayında Oqloblinin vəkili onun general Vadim Şamarinin işində ifadə vermək üçün azad edildiyini bildirmişdi.

Teqlər: