Rusiyalı general Həlifə Haftarın görüşünə getdi

Rusiyalı general Həlifə Haftarın görüşünə getdi

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Haftarın dəvətiylə Liviyaya ilk dəfə rəsmi səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya nümayəndə heyətinə müdafiə nazirinin müavini general-polkovnik Yunus-Bek Yevkurov başçılıq edir.

Məlumata görə, səfər zamanı beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlığın perspektivləri, eləcə də birgə fəaliyyətin digər məsələlərinin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, bir neçə gün öncə Tripolidə “Ər-Rada” qruplaşmasının üzvləri ilə hökumət qoşunları arasında şiddətli döyüşlər başlanıb.

Teqlər: