Rusiyalı general həbsə göndərildi

Rusiyalı general həbsə göndərildi

Rusiya Silahlı Qüvvələrinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı, general-mayor İvan Popov irimiqyaslı dələduzluq işi üzrə həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın 235-ci qarnizon hərbi məhkəməsindən məlumat verilib.

“Məhkəmənin 17 may tarixli qərarı ilə İvan İvanoviç Popov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”, – deyə bildirilib.

General xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. O, hazırda istintaq təcridxanasındadır.

Teqlər: