Rusiyalı gənc Ermənistanda saxlanıldı

Rusiyalı gənc Ermənistanda saxlanıldı

Rusiyalı gənc həmyerlisinin qətlində şübhəli bilinərək Ermənistanın Gümrü şəhərində saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.

Məlumata görə, qurbanın 37 yaşı var idi, onun meyiti şənbə günü səhər Ermənistanın Gümrü şəhərindəki binada müstəntiqlər tərəfindən tapılıb.

Şübhəli bilinən 2002-ci il təvəllüdlü rusiyalının şəxsiyyəti müəyyənləşdirilib. Qətl bədən xəsarətləri nəticəsində baş verib.

Artıq şübhəli şəxs saxlanılıb, barəsində məhkəmə-tibbi ekspertizası təyin edilib, araşdırmalar davam etdirilir.

Teqlər: