Ukraynada olan rusiyalı hərbi əsirlər artıq qohumları ilə telefon əlaqəsi saxlaya bilməyəcəklər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets deyib.
“Açığı, biz bəzi şeyləri dəyişirik. Məsələn, rusiyalı hərbi əsirlərin Rusiya ərazisindəki qohumlarına zəng vura bilməsi ilə bağlı çoxlu müzakirələr aparılıb. Bizim mövqeyimiz çox sadə idi: Cenevrə konvensiyalarına görə, telefon danışıqları yox, yazışma hüququ var. Onların artıq telefon danışıqları etmək hüququ yoxdur”, – Lubinets bildirib.