Rusiyalı deputatlar Azərbaycanla sərhədə də gəldilər

Rusiyalı deputatlar Azərbaycanla sərhədə də gəldilər

Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş komitəsinin sədr müavini Kazbek Taysayevin rəhbərliyi ilə parlament nümayəndə heyətinin Ermənistana səfəri davam edir.

AzerTimes xəbər verir ki, nümayəndə heyəti İstisu (Cermuk) istiqamətdən Azərbaycanla sərhədə də baxış keçirib və rəsmi İrəvanın təbliğatına uyğun 13-14 sentyabr hadisələri ilə bağlı informasiyalar alıb. Taysayev vilayətin qubernatoru ilə görüşüb.

Daha sonra rusiyalı deputatları Paşinyanın əsas rəqibi sayılan Bütün Ermənilərin Katolikosu II Qaregin qəbul edib. Qaregin rus-erməni dostluğundan, Rusiya rəsmilərinin Ermənistana tez-tez səfər etməsinin vacibliyindən danışıb, 44 günlük savaşın və sentyabr toqquşmasının nəticələri haqda qonağı məlumatlandırıb, ona Azərbaycanın “aqressiyasından” bəhs edib.

Rusiya nümayəndə heyəti Şirak vilayətinə də gedib və qubernatorla görüş keçirib. Bu isə o deməkdir ki, rusiyalı deputatlar Zəngəzurdan Gürcüstan sərhədinə qədər, Ermənistanı gəzməklə məşğuldurlar.

Teqlər: