Bərdə. Elçin Mehdiyev – Trend:
Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Aleksey Juravlyov Bərdədə erməni terroruna məruz qalan insanlarla görüşüb.
Trend TV-nin məlumatına görə, A.Juravlyov ermənilərin raket atəşinə tutduğu ərazilər, evlərlə tanış olub, zərər çəkmiş insanlarla görüşüb.
Rusiyal deputata ermənilərin törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.