Rusiyalı biznesmen helikopter qəzasında öldü

Rusiyalı biznesmen helikopter qəzasında öldü

İsveçrədən Monakoya uçan helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb.

AzerTimes xəbər verir ki, ölənlərdən biri “Forex Club”ın təsisçisi, rusiyalı biznesmen Vyaçeslav Taran, digəri isə 35 yaşlı pilotdur.

Helikopterin məxsus olduğu şirkət “Monacair” rəsmi olaraq istintaqın təfərrüatlarını şərh etməyib.

Xatırladaq ki, V.Taran Rusiyanın “Forex” bazarında 3 aparıcı iştirakçıdan biri olan şirkətlər qrupunu – “Forex Club”ı təsis edib. Rusiyalı iş adamı son 10 ildə Monakoda yaşayıb.

Teqlər: