Rusiyadan Yunanıstana ciddi xəbərdarlıq…

Rusiyadan Yunanıstana ciddi xəbərdarlıq…

Yunanıstanın Ukraynaya S-300 havadan müdafiə sistemləri verməsi Moskva və Afina arasındakı müqavilənin pozulması anlamına gələcək.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Ukraynaya göndərilən istənilən hərbi təchizat suveren hədəf olaraq qəbul ediləcək:

“Rusiya və Yunanıstan arasında 30 oktyabr 1995-ci il tarixli hərbi-texniki əməkdaşlıq üzrə və 3 dekabr 2013-cü il tarixli hərbi ləvazimatların tədarükü ilə hökumətlərarası müqavilələrin ciddi şəkildə pozulmasından danışırıq. Bu maddələr onlara verdiyimiz hərbi texnikanın razılığımız olmadan üçüncü tərəflərə verməsini qadağan edir. Öhdəliklərin pozulması ciddi nəticələrə gətirib çıxara bilər. Hələ Yunanıstanın müdafiə qabiliyyətinin ciddi şəkildə zəifləməsindən danışmırıq”, – deyə XİN sözçüsü bildirib.

Teqlər: