Rusiyadan Yaponiyaya sərt xəbərdarlıq…

Rusiyadan Yaponiyaya sərt xəbərdarlıq…

Rusiya sərhəd yaxınlığında hərbi təlimlər keçirmək planlarına görə Yaponiya tərəfinə etiraz edib və müdafiə qabiliyyətini gücləndirmək üçün adekvat cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İyunun 28-də Yaponiyanın Rusiyadakı səfirliyinə Yaponiya hakimiyyətinin Almaniya və İspaniya ilə Hokkaydo adasında, sərhədə yaxın ərazilərdə iyulun 19-dan 25-dək hərbi təlimlər keçirmək planları ilə bağlı kəskin etiraz edilib.

“Biz vurğuladıq ki, baş nazir Fumio Kişida administrasiyasının məsuliyyətsiz siyasəti Tokionu Şimal-Şərqi Asiyada və bütövlükdə Asiya-Sakit Okean regionunda gərginliyin təhlükəli eskalasiyası yoluna sürükləyir. Rusiya Federasiyası müdafiə qabiliyyətini gücləndirmək və suverenliyini qorumaq üçün adekvat cavab tədbirləri görəcək,” – deyə bildirilib.

Teqlər: