2022-ci ilin yanvar-noyabr aylarında pulköçürmə sistemləri vasitəsilə Rusiyadan Qırğızıstana 2,6 milyard dollar göndərilib ki, bu da mütləq rekorddur.
AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan Milli Bankının hesabatında qeyd olunub.
“Rusiyadan Qırğızıstana 2,6 milyard dollar köçürülüb. Bu, rekorddur. 2011-ci ildə bu göstərici 2.45 milyard dollar idi. Pulların əksəriyyəti Rusiyadakı əmək miqrantları hesabına göndərilib. Rusiayada hazırda 700 min-1 milyon arası miqrant işləyir”, – məlumatda qeyd olunub.