Polşanın şərqinə raket zərbəsinin endirilməsində Ukrayna hərbçilərinin əli ola bilər.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet danışıb.
“Rusiya son dərəcə dəqiq silahlara malikdir və Polşa ərazisində hər hansı hədəfi vura bilər. Düşünürəm ki, biz Ukrayna hərbçilərinin planlaşdırdığı ucuz təxribatla üzləşirik, bunun məqsədi NATO ölkələrini rəsmi olaraq Ukrayna münaqişəsinə cəlb etməkdir. Hücum hələ də Ukrayna ordusunda istifadədə olan sovet raketləri ilə həyata keçirilə bilərdi”, – deputat deyib.
Onun sözlərinə görə, Ukrayna hərbçilərinin Qərb kəşfiyyat xidmətlərinin razılığı ilə Polşa ilə sərhədə hücum etməsi də mümkündür ki, NATO-nun Ukrayna ərazisinə qoşun yeritmək üçün formal əsası olsun.
O vurğulayıb ki, NATO Ukrayna ərazisindəki hərəkətlərini qanuniləşdirməyə çalışır.
Qeyd edək ki, Rusiyanın Ukraynaya atdığı 2 raket Polşa ərazisinə düşüb, 2 nəfər ölüb.