Rusiyadan şok: Ermənistanda da onminlərlə insan öləcək…

Rusiyadan şok: Ermənistanda da onminlərlə insan öləcək…

AB-nin Ermənistan, Moldova və hətta Afrika da daxil olmaqla, hər yerdə tətbiq etdiyi “antirusiya geosiyasi optikası”na təkcə Ukrayna deyil, digər ölkələrə də yüz minlərlə həyat bahasına başa gələcək.

AzerTimes xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın bu qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

“AB, əlbəttə ki, hər cür yolla özünü sülhməramlı və vasitəçi kimi göstərməyə çalışır, hətta Ukraynaya münasibətə də bu cür don geyindirməyə çalışır. Bəs AB bu ölkədəki münaqişənin bitməsini istəyirmi?” – Polyanski qeyd edib.

O, bu sualı “əsas mənbəyə”, yəni şuranın iclasında iştirak edən AB diplomatiyasının rəhbəri Jozep Borrellə yönəltməyi təklif edib:

“2023-cü ilin iyununda Qərbin Ukraynaya hərbi dəstəyini dayandıracağı təqdirdə Ukraynadakı münaqişənin bir neçə həftə ərzində bitəcəyini etiraf etdikdən sonra Borrell qeyd etdi: “Məsələ bu müharibəni bitirməkdə deyil, onu necə bitirməkdədir”. Yəni, AB Ukraynada dolayı yolla da olsa, mahiyyətcə müharibə edən tərəf kimi münaqişənin həllinə deyil, onun vasitəsilə Rusiyaya maksimum ziyan vurmağa, ən yaxşı halda isə strateji məğlubiyyətinə nail olmağa çalışır”.

Teqlər: