Rusiyadan Şimali Kiprlə bağlı gözlənilməz qərar

Rusiyadan Şimali Kiprlə bağlı gözlənilməz qərar

Rusiya Şimali Kiprdə konsulluğunu açacaq.

AzerTimes xəbər verir ki, bu barədə TASS-a bir səlahiyyətli nümayəndə yaxın vaxtlarda Nikosiyanın şimal hissəsində konsulluq xidmətinin göstəriləcəyini söyləyib.

Bildirilib ki, Moskva rəhbərliyi Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açmağa qərar verdiyini dünyaya bəyan edib. Rusiyanın geniş əks-səda doğuran bu qərarı ŞKTC-nin tanınması istiqamətində atılan ilk addım kimi şərh edilib.

Rusiyanın Kipr səfirliyindən bir səlahiyyətli isə tezliklə Lefkoşa şəhərinin şimalında konsulluq xidmətləri göstərməyə başlayacaqlarını, işlərin müntəzəm həyata keçiriləcəyini vurğulayıb.

Teqlər: