Rusiyadan səfərbər olunanlar Ukraynanın Xerson vilayətinin Skadovsk şəhərinə gətirilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, şəxsi heyət təhsil müəssisələrinin binalarına yerləşdirilir. Eyni zamanda, işğalçılar pedaqoji kollektivi uşaqların dərslərə məcburi iştirakı ilə tədris prosesini davam etdirməyə məcbur edirlər.
Şəhərdə dərman qıtlığının artması ilə əlaqədar humanitar böhranın yaşandığı da bildirilib.