Türkiyədə qurulacaq qaz mərkəzi bir çox ölkəni özünə cəlb edəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa bölməsinin rəhbəri Yuri Filipson deyib.
“Rusiya rəhbərliyi dəfələrlə beynəlxalq təbii qaz bazarlarındakı qeyri-taraz vəziyyətin səbəblərini ilk növbədə bir sıra Qərb ölkələrinin dar düşüncəli enerji siyasəti ilə izah edib. Bazarda sabitliyi pozan digər amil isə “Şimal axını” kəmərinin qaz nəqli infrastrukturunda yer alan mühüm obyektlərə terror hücumları olub. Belə olan halda, Rusiya-Türkiyə təşəbbüsünün bir çox ölkələr üçün cəlbedici olacağını gözləyirik. Çünki Ankara ilə bu sahədə əməkdaşlığımıza dair uğurlu təcrübəyə malik olduğumuzu düşünürük”, – XİN rəsmisi bildirib.