Rusiyadan birdəfəlik gedən SSRİ xalq artisti Alla Puqaçovanın İsraildə Zivertin konsertinə qatılması gündəm olub.
AzerTimes xəbər verir ki, bu barədə Alla Puqaçova sosial şəbəkə hesabında yazıb.
“Gözəl, istedadlı və ağıllı müğənni Zivert, həmişə olduğu kimi, ürəyimi və Təl-Əvivdə tamaşaçı ilə dolu böyük bir izdihamı qazandı. Bravo!” – Puqaçova yazıb.
Qeyd edək ki, Puqaçova sentyabrda ölkəsinə qayıtsa da, qısa müddətdə Rusiyanı yenidən və birdəfəlik tərk etmək qərarı verib. Onun həyat yoldaşı Maksim Qalkin isə xaricdə Rusiyanın apardığı müharibəyə qarşı çıxışlarına davam edir.