Rusiyanı ən böyük təhlükə kimi müəyyən edəcək NATO sammiti başlamazdan əvvəl “Roskosmos” Madriddəki iclasın keçirildiyi ərazinin, həmçinin qərar qəbul etmə mərkəzlərinin peyk şəkillərini yayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.
“Alyansın 30 ölkəsinin nümayəndələri, eləcə də tərəfdaşlar və namizədlər 2030-cu ilə qədər strateji konsepsiya ilə məşğul olarkən, “Roskosmos” sammitin keçirildiyi məkanın və Ukrayna millətçilərini dəstəkləyən qərar mərkəzlərinin peyk fotolarını dərc edir”, – məlumatda deyilir.
“Roskosmos” ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İspaniyadakı qərargahların koordinatlarını da yerləşdirib.