Rusiyadan Melitopola 500 müəllim gətirdilər – Mer

Rusiyadan Melitopola 500 müəllim gətirdilər – Mer

Təhsil kadrlarının çatışmaması səbəbindən işğalçılar Melitopoldakı məktəblərə Rusiyadan 500 müəllim cəlb ediblər.

AzerTimes xəbər verir ki, bu barədə şəhərin meri İvan Fyodorov məlumat verib.

“Təhsil şöbəsində çalışan işçilərin cəmi 10%-i işğalçı rejimlə əməkdaşlığa razılıq verib, halbuki əməkdaşlar arasında bir nəfər də olsun direktor yoxdur. Müəllimlərin 60%-i işğal olunmuş əraziləri tərk edib”, – məlumatda bildrilir.

Mer qeyd edib ki, bu gün – təhsil ilinin ilk günündə Ukrayna işğal olunmuş ərazilərdən olan uşaqların distant təhsilini təmin edib.

Teqlər: