Rusiyadan Laçın yolu açıqlaması

Rusiyadan Laçın yolu açıqlaması

Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işi çətinləşdirir.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Təbii ki, hazırda Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi kimi hadisələr danışıqların, o cümlədən sülh müqaviləsi ilə bağlı fonu çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyəti yerində həll etmək üçün səylər göstərir. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə birgə işlərin tezliklə bərpasına ümid edirik”, – Qaluzin bildirib.

Onun sözlərinə görə, indiki halda sənədin razılaşdırılması vaxtı o qədər də vacib deyil:

“Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsinlər. Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 31-də Soçi sammitinin yekunlarına dair üçtərəfli bəyanatına uyğun olaraq danışıqlar prosesinə kömək etməyə hazırdır”.

Teqlər: